2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 oktyabr 2015-ci il tarixli 97 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağazadə Bəxtiyar Rafiq oğlu 14 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd B.R.Ağazadə müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş B.R.Ağazadənin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizəd tərəfindən təqdim edilən 495 seçici imzasından 83-ü etibarsız hesab edilmiş, etibarlı imzaların sayı isə namizədin qeydə alınması üçün yetərli olmamışdır.
Deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir.
Araşdırma prosesində imza vərəqələrinə imza etmiş 495 seçicidən 30-nun imzalarından imtina etməsi və həmin imzaların etibarsız hesab olunması barədə dairə seçki komissiyasına yazılı ərizə göndərməsi, imza etmiş seçicilərdən 9-nun isə həmin seçki dairəsi üzrə seçicilərin siyahısında olmaması və seçki dairəsinin ərazisində yaşamadıqları müəyyən edilmişdir.
Dairə seçki komissiyasının etibarsız hesab etdiyi digər imzaların Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılması nəticəsində tərtib edilmiş 15 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, həmin seçici imzalarından 29-u etibarsızdır. Etibarsız hesab edilən imzalar çıxıldıqdan sonra yerdə qalan 427 etibarlı imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 73 saylı Lənkəran şəhər seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 15/59 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 113.1.1-ci 147.1-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ağazadə Bəxtiyar Rafiq oğlunun 14 oktyabr 2015-ci il tarixli 97 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 15/59 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19 октября 2015, 09:1016 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Гусар-Аниг-Лаза Гусарского района подробно...
14 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Института геологии и геофизики Национальной Академии Наук Азербайджана подробно...
14 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Института геологии и геофизики Национальной Академии Наук Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
14 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Института геологии и геофизики Национальной Академии Наук Азербайджана подробно...
13 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, отличившихся в области повышения благоприятности бизнес-среды в Азербайджанской Республике и дальнейшего улучшения позиции нашей страны в международных рейтингах подробно...
13 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики Об отзыве А.С.Мамедова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Швеция и одновременно в Королевстве Норвегия и Финляндской Республике подробно...
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О строительстве здания новой общеобразовательной школы в селе Биринджи Юзбашылы Агдамского района подробно...
7 ноября 2018, 08:11
Указ Президента Азербайджанской Республики О создании в подчинении Министерства транспорта, связи и высоких технологий Азербайджанской Республики Агентства по инновациям подробно...
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.Ш.Абдинбекова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Румынии подробно...
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О назначении Г.Н.Наджафова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Румынии подробно...