Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).

2. “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin strukturu” təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi aparatının işçilərinin say həddi 384 ştat vahidi, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun işçilərinin say həddi 50 ştat vahidi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi 172 ştat vahidi, Nazirliyin regional bölmələri işçilərinin say həddi 86 ştat vahidi müəyyən edilsin.

4. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1051; 2008, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065; 2009, № 10, maddə 775, № 12, maddələr 983, 991; 2010, № 2, maddə 80, № 3, maddə 179, № 4, maddə 296; 2011, № 2, maddələr 83, 85, № 8, maddə 753; 2013, № 8, maddə 902) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci, 3-cü və 9-cu hissələr ləğv edilsin;

4.2. 8-ci hissədə “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu” sözləri “Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 fevral 2014-cü il.

21 февраля 2014, 09:02

http://www.azertag.net

2971—2980 из 3607

14 октября 2014, 09:10

О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа   подробно...

14 октября 2014, 09:10

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района   подробно...

13 октября 2014, 09:10

Королю Испании Его величеству Фелипе VI   подробно...

10 октября 2014, 10:10

Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами   подробно...

9 октября 2014, 15:10

9 человек составят коллегию Министерства энергетики   подробно...

9 октября 2014, 09:10

О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района   подробно...

9 октября 2014, 09:10

О создании промышленных кварталов и организации их деятельности   подробно...

9 октября 2014, 09:10

Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района   подробно...

9 октября 2014, 09:10

О присуждении специальной стипендии молодым талантам   подробно...

8 октября 2014, 09:10

О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района   подробно...