2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 12 saylı və 10 oktyabr 2015-ci il tarixli 82 saylı və digər müraciətlərə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 61 saylı Neftçala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əsədov Kamran Alim oğlu Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Eyni zamanda həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Səlimov Ağagül Saleh oğlu 10 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, namizəd K.A.Əsədovun namizəd kimi qeydə alınması üçün təqdim olunmuş imza vərəqələri və ona əlavə edilmiş seçki sənədlərinin dairə seçki komissiyası tərəfindən yoxlanılması prosesində ciddi pozuntulara yol verilməsini bildirmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, bir icraatda birləşdirilərək araşdırılmış, birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd K.A.Əsədov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 61 saylı Neftçala seçki dairəsi üzrə öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Deputatlığa namizəd K.A.Əsədovun Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Qeydə alınmış namizəd A.S.Səlimovla əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, o, ərizəsini müdafiə etdiyini və üzürlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş K.A.Əsədovun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 22 sentyabr 2015-ci il tarixli 10/28 saylı qərarında imtinanın əsası kimi Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin müvafiq bəndlərinə istinad edilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, K.A.Əsədovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 11 imza vərəqəsində olan 550 seçici imzasından 419-u etibarlı hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən namizəd K.A.Əsədovun müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 22 sentyabr 2015-ci il tarixli 10/28 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, deputatlığa qeydə alınmış namizəd A.S.Səlimovun müraciəti isə təmin edilmiş hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 61 saylı Neftçala seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əsədov Kamran Alim oğlunun 26 sentyabr 2015-ci il tarixli 12 saylı şikayəti əsassız olduğundan təmin edilməsin və namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyanın 22 sentyabr 2015-ci il tarixli 10/28 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. 61 saylı Neftçala seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Səlimov Ağagül Saleh oğlunun 10 oktyabr 2015-ci il tarixli 82 saylı müraciəti təmin edilmiş hesab olunsun.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 октября 2015, 09:10

http://www.azertag.net

321—330 из 3607

2 августа 2021, 16:08

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Беюк Кесик-Аггель Агстафинского района   подробно...

28 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Г.С.Зейналова c должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Исламской Республике Афганистан   подробно...

28 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики О назначении И.Н.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Исламской Республике Афганистан   подробно...

28 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству дорожной инфраструктуры на территории Кяльбаджарского и Лачинского районов   подробно...

26 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.Э.Искендерова c должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Бельгия, Великом Герцогстве Люксембург и одновременно главы Представительства Азербайджанской Республики при Европейском Союзе   подробно...

26 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики О назначении В.И.Садыгова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Королевстве Бельгия   подробно...

26 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Дж.А.Ахундова c должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Латвийской Республике   подробно...

26 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Ф.Э.Искендерова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Швейцарской Конфедерации   подробно...

26 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики О назначении Э.И.Султанова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Латвийской Республике   подробно...

26 июля 2021, 16:07

Распоряжение Президента Азербайджанской Республики О назначении А.А.Магеррамова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Эстонской Республике   подробно...