2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 69 saylı və 10 oktyabr 2015-ci il tarixli 77 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 107 saylı Qazax seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Məmmədzadə Şöhrət Əsəd oğlu 2015-ci il oktyabrın 9-da, səlahiyyətli nümayəndə Ələkbərov Nizami Məhərrəm oğlu 2015-ci il oktyabrın 10-da Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək Ş.Ə.Məmmədzadənin namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Namizəd Ş.Ə.Məmmədzadə müraciətində namizədliyinin müdafiəsi üçün dairə seçki komissiyasına təqdim edilmiş seçici imzalarının yenidən yoxlanılmasını xahiş etmişdir.
Səlahiyyətli nümayəndə N.M.Ələkbərov müraciəti genişləndirərək qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Ş.Ə.Məmmədzadənin 107 saylı Qazax seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina etmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd və onun səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyası Ş.Ə.Məmmədzadənin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 493 seçici imzasını vermiş 106 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası, imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları öz qərarında əks etdirməsə də, Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd Ş.Ə.Məmmədzadənin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.
Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 10 imza vərəqəsindəki 493 seçici imzası vermiş seçicilərdən 106 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.
Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.
Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 106-nın qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 387 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Göstərilənlərə əsasən şikayətlər əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 31/77 saylı qərarı qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 107 saylı Qazax seçki dairəsi üzrə namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş Məmmədzadə Şöhrət Əsəd oğlunun 2015-ci il 9 oktyabr, səlahiyyətli nümayəndə Ələkbərov Nizami Məhərrəm oğlunun 10 oktyabr 2015-ci il tarixli 69 və 77 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 31/77 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 октября 2015, 09:10
5 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О продолжении работ по благоустройству и созиданию в городе Гянджа подробно...
5 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О проведении 140-летия Гусейнгулу Сарабского подробно...
5 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по развитию азербайджанских театров подробно...
1 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О награждении И.А.Бердиева орденом «Достлуг» подробно...
1 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 апреля 2019 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
1 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О награждении С.М.Гахрамановой орденом «Эмек» 2-й степени подробно...
1 марта 2019, 08:03
Указ Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с решением проблемных кредитов физических лиц в Азербайджанской Республике подробно...
27 февраля 2019, 08:02
Распоряжение Президента Азербайджанской Республики О повышении единого ежемесячного пособия для вынужденных переселенцев и приравненных к ним лиц подробно...
26 февраля 2019, 08:02
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в области усиления социальной защиты населения подробно...
20 февраля 2019, 08:02
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Ф.Р.Шафиева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Чешской Республике подробно...