2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 oktyabr 2015-ci il tarixli 63 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kərimli Nemət Ağa oğlu 9 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd N.A.Kərimli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin nəticədə dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, onun araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasda iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası mübahisələndirilən qərarında namizədliyi irəli sürülmüş N.A.Kərimli tərəfindən təqdim edilmiş 500 seçici imzasından 78-nin etibarsız olmasını əsas götürərək onun namizədliyinin qeydə alınmasından imtina etmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 10 oktyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, N.A.Kərimli namizəd kimi qeydə alınması üçün təqdim etdiyi 10 imza vərəqəsində olan 500 seçici imzalarından 78-i Seçki Məcəlləsinin 59.7.1-ci maddəsinə əsasən etibarsız hesab edilmişdir. Etibarlı hesab edilən imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmədiyindən onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının mübahisələndirilən qərarı əsaslı sayılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Bununla da dairə seçki komissiyası Seçki Məcəlləsinin 59.12-ci maddəsinə uyğun olaraq, N.A.Kərimlinin namizəd kimi qedyə alınmasından imtina edərkən düzgün nəticəyə gəlmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımı saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, N.A.Kərimlinin namizəd kimi qeydə alınmasından imtinaya dair 9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 25/2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kərimli Nemət Ağa oğlunun 9 oktyabr 2015-ci il tarixli 63 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 25/2 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 октября 2015, 09:10

http://www.azertag.net

1551—1560 из 3607

1 марта 2018, 12:03

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по сохранению и развитию коврового искусства в Азербайджанской Республике на 2018-2022 годы»   подробно...

28 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по замене кровельных покрытий и продолжению ремонта многоквартирных зданий в городе Мингячевир   подробно...

26 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О повышении стипендий, установленных для докторантов, студентов и учащихся высших, средних специальных и начальных профессионально-специальных учебных заведений, а также студентов по ступени магистратуры Национальной Академии Наук Азербайджана   подробно...

26 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О повышении Президентской стипендии для студентов высших учебных заведений Азербайджанской Республики   подробно...

26 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О мерах по развитию образовательной инфраструктуры в Азербайджанской Республике   подробно...

23 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.С.Гейдарова орденом «Истиглал»   подробно...

23 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О повышении ежемесячных стипендий за почетные звания и внесении изменений в Распоряжение Президента Азербайджанской Республики «О предоставлении ежемесячной стипендии за почетные звания» от 4 июля 2005 года номер 878   подробно...

23 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по развитию адвокатуры в Азербайджанской Республике   подробно...

23 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по развитию животноводства в Нахчыванской Автономной Республике   подробно...

23 февраля 2018, 08:02

Распоряжение Президента Азербайджанской Республики О повышении суммы специальной стипендии для молодых талантов и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении специальных стипендий для молодых талантов» от 13 сентября 1997 года номер 662   подробно...