2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 60 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əsgərov Azər Əbülfəz oğlu 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və həmin qərarın ləğv edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd A.Ə.Əsgərov müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, imzalardan bir qisminin etibarsız hesab edilməsi və əmlak barəsində dəqiq məlumat təqdim etmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
A.Ə.Əsgərovun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 19/71 saylı qərarında imtinanın əsası kimi Seçki Məcəlləsinin 58.1.5-ci və 60.2.2-ci maddələrinə istinad edilməklə mülkiyyəti barədə seçki sənədlərinə düzgün məlumat daxil etmədiyi göstərilmişdir. Belə ki, onun tərəfindən 5 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan 2,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əmlak haqqında məlumata daxil edilməmişdir.
Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. O, şikayətini müdafiə etdiyini, üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Eyni zamanda göstərmişdir ki, əmlak barəsində məlumatı tərtib edərkən diqqətsizliyə yol vermiş, dairə isə məlumatda düzəliş etmək üçün şərait yaratmamışdır. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iclasda iştirakı təmin edilmişdir.
Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbələri, eləcə də mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların yoxlanılmasına dair 9 oktyabr 2015-ci il tarixli rəyində göstərilir ki, Milli Məclisə seçkilərdə deputatlığa namizəd A.Ə.Əsgərov tərəfindən Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrinin tələbinə uyğun olaraq gəlirlərinin miqdarı və mənbəyi, həmçinin mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak barədə təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, o, əmlakı barədə düzgün məlumat verməmişdir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Cəlilabad rayonu, Abışabad kəndi ərazisində onun ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan 2,71 ha (torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN-0136, kod 80624038) kənd təsərrüfatı təyinatlı torpaq sahəsini daşınmaz əmlakı barədə məlumatda göstərməmişdir.
Əmlakı barədə seçki sənədlərində düzgün məlumat əks etdirmədiyinə görə deputatlığa namizəd A.Ə.Əsgərov Seçki Məcəlləsinin 58.1.5-ci və 60.2.2-ci maddələrinin tələblərini pozmuşdur və bu əsasla onu namizəd kimi qeydə alınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Qeyd edilənlərə əsasən dairə seçki komissiyası tərəfindən etibarsız hesab edilmiş seçici imzalarının Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmasına zərurət qalmamışdır.
Namizədin qeydə alınmasından imtina üçün əsaslar sırasında Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2.2-ci maddəsində bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması göstərilmişdir.
Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 67 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının 05 oktyabr 2015-ci il tarixli 19/71 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60-cı, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Əsgərov Azər Əbülfəz oğlunun 8 oktyabr 2015-ci il tarixli 60 saylı müraciəti təmin edilməsin, dairə seçki komissiyasının 5 oktyabr 2015-ci il tarixli 19/71 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 октября 2015, 09:108 апреля 2020, 20:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Самухском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
1 апреля 2020, 23:04
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Гёйгельском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
1 апреля 2020, 23:04
Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Достлуг» Шамиля Айрыма подробно...
31 марта 2020, 17:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Хачмазском районе оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
30 марта 2020, 20:03
Постановление Милли Меджлиса Азербайджанской Республики О составе Топонимической комиссии при Милли Меджлисе Азербайджанской Республики подробно...
20 марта 2020, 10:03
Указ Президента Азербайджанской Республики О мерах по охране здоровья населения и усилению борьбы с коронавирусной инфекцией в Азербайджанской Республике подробно...
20 марта 2020, 10:03
Распоряжение Президента Азербайджанской Республики О выделении средств Фонду поддержки борьбы с коронавирусом для здравоохранительных мероприятий, осуществляемых против коронавирусной инфекции в Азербайджанской Республике подробно...
20 марта 2020, 10:03
Распоряжение Президента Азербайджанской Республики О ряде мер по снижению негативного влияния пандемии коронавируса (COVID-19) и вызванных ею резких колебаний, происходящих на мировых энергетических рынках и рынках акций, на экономику Азербайджанской Республики, макроэкономическую стабильность, вопросы занятости в стране и субъектов предпринимательства подробно...
19 марта 2020, 09:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению реконструкции автомобильных дорог на территории Низаминского района города Баку подробно...
19 марта 2020, 09:03
Распоряжение Президента Азербайджанской Республики Об усилении социальной защиты медицинских работников, участвующих в мероприятиях по борьбе с новым видом коронавирусной инфекции (COVİD-19) подробно...