2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 61 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 121 saylı Laçın seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kərimli Raqif Məhi oğlu 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd R.M.Kərimli müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 121 saylı Laçın seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, namizədliyinin müdafiəsi üçün seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində müraciət etmiş namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmiş, lakin o, bunun üzrlü səbəbdən mümkün olmadığını, araşdırmada və iclasda Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iştirak edəcəyini bildirmişdir. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 6 oktyabr 2015-ci il tarixli 21/57 saylı qərarında namizədliyi irəli sürülmüş R.M.Kərimlinin namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 544 seçici imzasını vermiş 131 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri göstərilmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası, imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd R.M.Kərimlinin namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki 544 seçici imzası vermiş seçicilərdən 131 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 131-nin qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 413 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Bundan başqa, ərizəçinin imza vərəqələrinin və qeydiyyat üçün zəruri sənədlərin yoxlanılması, dairə seçki komissiyasının iclasında iştiraka dəvət edilməməsi, habelə, işçi qrupunun imzaların yoxlanılmasının nəticələrinə dair protokolunun ona verilməməsinə dair iddialar öz təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 21/57 saylı qərarı qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 121 saylı Laçın seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Kərimli Raqif Məhi oğlunun 6 oktyabr 2015-ci il tarixli 61 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 oktyabr 2015-ci il tarixli 21/57 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 октября 2015, 09:10

http://www.azertag.net

2061—2070 из 3607

20 октября 2016, 09:10

О присвоении группе энергетиков Азербайджана почетного звания «Заслуженный инженер»   подробно...

19 октября 2016, 09:10

О награждении В.Ф.Алескерова орденом «За службу Отечеству» 2-й степени   подробно...

13 октября 2016, 09:10

О подготовке проектов соответствующих правовых актов в связи с вступлением в силу Акта референдума Азербайджанской Республики «О внесении изменений в Конституцию Азербайджанской Республики», принятого в результате референдума от 26 сентября 2016 года   подробно...

13 октября 2016, 09:10

О награждении работников железнодорожного транспорта Азербайджана   подробно...

13 октября 2016, 09:10

О предоставлении И. А. Мамедову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

13 октября 2016, 09:10

О присвоении почетного звания «Заслуженный инженер» работникам Закрытого акционерного общества «Азербайджанские железные дороги»   подробно...

12 октября 2016, 09:10

О двадцать пятой годовщине восстановления государственной независимости Азербайджанской Республики   подробно...

12 октября 2016, 09:10

О повышении размера персональной пенсии Президента Азербайджанской Республики   подробно...

12 октября 2016, 09:10

Об усилении социальной защиты лиц, которым присвоено звание Национального героя Азербайджана   подробно...

7 октября 2016, 09:10

О присуждении юным талантам специальной стипендии   подробно...