2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 oktyabr 2015-ci il tarixli 57 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Sadıxlı Nüşabə Ağabala qızı 8 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və onun deputatlığa namizəd kimi qeydə alınmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd N.A.Sadıxlı müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyası onun səlahiyyətli nümayəndəsinə imzaların yoxlanılması barədə məlumat verməmiş, imzaların yoxlanılmasında iştirakı təmin edilməmiş, nəticədə əsassız olaraq namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. O, şikayətini müdafiə etdiyini, üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmişdir. Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin iclasda iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 7 oktyabr 2015-ci il tarixli 23/59 saylı qərarında namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş N.A.Sadıxlının namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 500 seçici imzasından etibarlı imzaların sayının namizədin qeydə alınması üçün yetərli olmaması göstərilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən tərtib edilmiş protokol və rəylərdən görünür ki, namizədin müdafiəsi üçün toplanılmış seçici imzalarından 147-si seçicilər haqqında məlumatlar qeyri-düzgün göstərildiyinə görə etibarsız hesab edilmiş, həmçinin imza vərəqələrinə daxil edilmiş seçicilərdən 9-nun həmin seçki dairəsinin ərazisində yaşamadığı, qeydiyyatda olmadığı və həmin seçki dairəsi üzrə seçici siyahılarında adlarının olmadığı müəyyən edilmişdir. Beləliklə, etibarlı seçici imzalarının sayı yetərli olmadığından N.A.Sadıxlı deputatlığa namizəd kimi qeydə alınmamalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Müəyyən edilmişdir ki, deputatlığa namizəd N.A.Sadıxlı və Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi R.Əmiraslanov 6 oktyabr 2015-ci ildə namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və digər seçki sənədlərindəki məlumatların düzgünlüyünün işçi qrupu tərəfindən yoxlanılması prosesində iştirak etmiş, dairə seçki komissiyasının iclasının keçiriləcəyi vaxt barədə onlara məlumat verilmiş, iclasda iştirak etməyə dəvət edilmiş, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Ş.Rəhmanovun 7 oktyabr 2015-ci ildə keçirilən iclasda iştirakı təmin edilmişdir.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədin qeydə alınmasından imtinaya dair 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 23/59 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

 

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 60.2.4-cü, 112-ci, 112-1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Sadıxlı Nüşabə Ağabala qızının 8 oktyabr 2015-ci il tarixli 57 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 oktyabr 2015-ci il tarixli 23/59 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12 октября 2015, 09:10

http://www.azertag.net

1181—1190 из 3607

14 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Нефтчала-Хол Гарагашлы Нефтчалинского района   подробно...

14 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Т.Э.Гараева с должностей чрезвычайного и полномочного посла Азербайджанской Республики в Республике Индонезия и одновременно в Республике Филиппины, Демократической Республике Тимор-Лесте, Республике Сингапур и постоянного представителя при Ассоциации государств Юго-Восточной Азии (ASEAN)   подробно...

14 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О назначении Т.Э.Гараева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Литовской Республике   подробно...

14 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Х.А.Халафова от должности заместителя министра иностранных дел Азербайджанской Республики   подробно...

12 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству железнодорожной линии Ляки-Габала   подробно...

11 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Азербайджанского государственного театра юного зрителя   подробно...

11 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении В.Ф.Асадова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

11 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Дж.М.Топчибашеву персональной пенсии Президента Азербайджанской Республики   подробно...

11 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Азербайджанского государственного театра юного зрителя   подробно...

11 декабря 2018, 08:12

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по усовершенствованию проведения аттестации научных и научно-педагогических кадров в Азербайджанской Республике   подробно...