2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 oktyabr 2015-ci il tarixli 25 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rüstəmxanlı Tənzilə Yolçu qızı 2 oktyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və namizəd kimi qeydə alınmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizəd T.Y.Rüstəmxanlı müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası onun səlahiyyətli nümayəndəsinə imzaların yoxlanması barədə məlumat verməmiş, imzaların yoxlanılmasında iştirakı təmin edilməmiş, nəticədə əsassız olaraq namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizəd və onun səlahiyyətli nümayəndəsi ilə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, habelə səlahiyyətli nümayəndənin iclasda iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən 2 oktyabr 2015-ci il tarixli 22/48 saylı qərarında namizədliyi irəli sürülmüş T.Y.Rüstəmxanlının namizəd kimi qeydə alınmasından imtinanın əsası kimi namizəd tərəfindən təqdim edilmiş 550 seçici imzasını vermiş 183 seçicinin yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdikləri, həmin imzaların ərizəçinin müdafiəsi üçün olduğunu bilmədikləri göstərilmişdir.

Dairə seçki komissiyası tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, deputatlığa namizədin səlahiyyətli nümayəndəsinə bir gün əvvəl iclasın keçiriləcəyi barədə məlumat verilmiş, iclasda iştirak etməyə dəvət edilmiş və 2 oktyabr 2015-ci ildə keçirilən iclasda iştirak etmişdir.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası, imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə müraciət etmiş seçicilərin müraciətləri əsasında bütün halları araşdıraraq öz qərarında əks etdirmiş və Seçki Məcəlləsinin 113.1.1-ci maddəsinə əsasən deputatlığa namizəd T.Y.Rüstəmxanlının namizədliyinin qeydə alınmasından imtina edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir.

Belə ki, deputatlığa namizəd tərəfindən namizədin qeydə alınması üçün təqdim olunmuş 11 imza vərəqəsindəki 550 seçici imzası vermiş seçicilərdən 183 nəfəri yazılı ərizə ilə dairə seçki komissiyasına müraciət edərək aldadılma nəticəsində imza verdiklərini və həmin imzaların deputatlığa namizədin müdafiəsi üçün olduğunu bilmədiklərini göstərmişlər. Mərkəzi Seçki Komissiyasında aparılan araşdırma prosesində həmin seçicilər imzalarının etibarsız hesab edilməsi barədə ərizə ilə dairə seçki komissiyasına müraciət etdiklərini təsdiq etmişlər.

Seçki Məcəlləsinin 113.1.1-ci maddəsində göstərilir ki, seçki komissiyası namizədin qeydiyyata alınmasından, onun tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

Namizəd tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan 183-nün qeyd edilən əsaslara görə etibarsızlığı əhəmiyyətli xarakter daşıdığından və həmin imzalar çıxıldıqdan sonra yerdə qalan 367 imza namizədin qeydə alınması üçün kifayət etmədiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən digər imzaların yoxlanılmasına zərurət qalmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 42 saylı Sumqayıt ikinci seçki dairəsi dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 22/48 saylı qərarı qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 112-ci, 112-1-ci, 113.1.1-ci, 147-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rüstəmxanlı Tənzilə Yolçu qızının 2 oktyabr 2015-ci il tarixli 25 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 2 oktyabr 2015-ci il tarixli 22/48 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

6 октября 2015, 09:10

http://www.azertag.net

3351—3360 из 3607

8 апреля 2014, 17:04

Министерство образования Азербайджана поможет абитуриентам выбирать специальности   подробно...

8 апреля 2014, 15:04

ICARDA начинает исследования по развитию сельского хозяйства на засолённых почвах в Азербайджане   подробно...

8 апреля 2014, 10:04

Возбуждено дело против начальника районного отдела образования   подробно...

7 апреля 2014, 17:04

Всемирный банк и Госкомитет по ценным бумагам провели консультации в Баку   подробно...

7 апреля 2014, 15:04

В Азербайджане нотариальные конторы будут регистрировать права на имущество   подробно...

7 апреля 2014, 12:04

В Азербайджане более половины налогоплательщиков нарушают правила безналичных расчётов   подробно...

7 апреля 2014, 11:04

Запущена американская программа деловых стажировок по теме «Упаковка и маркетинг»   подробно...

7 апреля 2014, 11:04

В Азербайджане началась экспертиза содержания школьных учебников   подробно...

7 апреля 2014, 11:04

Президент Академии наук Азербайджана избран членом Инженерной академии   подробно...

7 апреля 2014, 10:04

Появились первые предпочтения в отношении подрядчиков по обновлению подвижного состава «Азербайджанских железных дорог»   подробно...