Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 911; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1559) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 sentyabr 2015-ci il.

30 сентября 2015, 09:09

http://www.azertag.net

2611—2620 из 3607

23 сентября 2015, 09:09

О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики   подробно...

23 сентября 2015, 09:09

Об назначении А.А.Гасымова главой Исполнительной власти Низаминского района города Баку   подробно...

23 сентября 2015, 09:09

Об освобождении А.А.Гасымова от должности главы Исполнительной власти Сиязаньского района   подробно...

22 сентября 2015, 12:09

О назначении В.А.Абдуллаева председателем Кяпазского районного суда города Гянджа   подробно...

22 сентября 2015, 12:09

О назначении председателей Бакинского и Шекинского апелляционных судов   подробно...

21 сентября 2015, 09:09

О награждении работников нефтяной промышленности Азербайджанской Республики   подробно...

21 сентября 2015, 09:09

О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики   подробно...

21 сентября 2015, 09:09

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики   подробно...

21 сентября 2015, 09:09

О мерах по капитальному ремонту многоквартирных зданий в городе Кюрдамир   подробно...

21 сентября 2015, 09:09

О дополнительных мерах по завершению строительства Агсуинской районной центральной больницы   подробно...