Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 302; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 8, maddə 724; 2014, № 12, maddə 1560) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2015-ci il.
30 сентября 2015, 09:0910 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Галагайын-Османлы-Гель Бешдели-Залгараагач-Гель Агамамедли-Азадкенд-Муган Гянджали Сабирабадского района подробно...
6 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Тертер-Сейдимли-Гарадаглы-Саров Тертерского района подробно...
4 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Гёйляр-Гушчу Шамахинского района подробно...
3 июля 2017, 09:07
О назначении судей Сумгайытского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении судей Гянджинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
Об освобождении И.А.Мехдиева от должности главы Исполнительной власти Ясамальского района города Баку подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Шекинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Ширванского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Бакинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Верховного суда Азербайджанской Республики подробно...