2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 26 sentyabr 2015-ci il tarixli 13 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Fəxrəddin Həmid oğlu 26 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Abbasova Vəfa Asif qızının namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə namizədin pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Səlahiyyətli nümayəndə F.H.Abbas müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş V.A.Abbasovanın müdafiəsi üçün Seçki Məcəlləsinə uyğun olaraq seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, lakin dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş V.A.Abbasovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin müdafiəsi üçün seçici imzaları Seçki Məcəlləsində nəzərdə tutulmuş qaydaların pozulması ilə toplanılmışdır.
Araşdırma prosesində imza vərəqələrinə seçici kimi daxil edilmiş 132 nəfərin həmin seçki dairəsinin ərazisində qeydiyyatda olmadığı və yaşamadığı müəyyən edilmişdir.
Seçki Məcəlləsinin 56.2-ci və 147.1-ci maddələrinə görə namizədin müdafiəsi üçün azı 450 seçici imzası onun irəli sürüldüyü seçki dairəsinin ərazisində toplanmalıdır.
Namizəd V.A.Abbasovanın müdafiəsi üçün toplanmış 550 seçici imzasından yuxarıda qeyd edilən əsaslara görə 132-si etibarsız hesab edildiyi və qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olduğu üçün, Seçki Məcəlləsinin 59.12-ci maddəsinin tələbinə uyğun olaraq, o, namizəd kimi qeydə alınmamalıdır.
Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının V.A.Abbasovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 23 sentyabr 2015-ci il tarixli 16/42 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 59.12-ci, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Abbas Fəxrəddin Həmid oğlunun 26 sentyabr 2015-ci il tarixli 13 saylı müraciəti əsassız olduğundan təmin edilməsin və 44 saylı Sumqayıt-Xızı seçki dairəsi dairə seçki komissiyasının 23 sentyabr 2015-ci il tarixli 16/42 saylı qərarı qüvvədə saxlanılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29 сентября 2015, 09:096 февраля 2017, 10:02
О присвоении С. Дж. Гасановой почетного звания «Заслуженный юрист» подробно...
3 февраля 2017, 09:02
О мерах по созданию юридического лица публичного права «Государственная инспекция по безопасности полетов в гражданской авиации» в подчинении Государственной администрации гражданской авиации Азербайджанской Республики подробно...
3 февраля 2017, 09:02
О предоставлении Президентских премий для молодежи за 2017 год подробно...
31 января 2017, 09:01
О проведении 100-летнего юбилея Керима Керимова подробно...
31 января 2017, 09:01
О награждении членов Организации ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
31 января 2017, 09:01
О награждении лиц, отличившихся в области работы с молодежью в Азербайджанской Республике подробно...
30 января 2017, 09:01
О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики подробно...
30 января 2017, 09:01
О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики подробно...
30 января 2017, 09:01
О присвоении почетных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики подробно...
27 января 2017, 10:01
О назначении торговых представителей в посольствах и консульствах Азербайджанской Республики в зарубежных странах подробно...