2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 sentyabr 2015-ci il tarixli 09 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızı 24 sentyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının qərarını mübahisələndirmiş və müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd G.M.Səfərova müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası ona və yaxud səlahiyyətli nümayəndəyə imzaların yoxlanması barədə məlumat verməmiş, nəticədə müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş G.M.Səfərovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarının əsası kimi yeddi imza vərəqəsində imza toplayan şəxslərin səlahiyyətlərinin müəyyən edilməməsi, araşdırma nəticəsində namizədliyin qeydə alınması üçün etibarlı seçici imzalarının sayının yetərli olmaması, eyni zamanda, partiyanın səlahiyyətli nümayəndələrin siyahısının dairə seçki komissiyasına təqdim edilməməsi göstərilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 25 sentyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, G.M.Səfərovanın namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 550 seçici imzasından 468-i etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının G.M.Səfərovanın namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 23 sentyabr 2015-ci il tarixli 12/32 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızının 24 sentyabr 2015-ci il tarixli 09 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 23 sentyabr 2015-ci il tarixli 12/32 saylı qərarı ləğv edilsin.

2. 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızı həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Müavin Natiq Məmmədov

Katib Arifə Muxtarova

Üzvlər Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Akif Qurbanov

Etibar Quliyev

28 сентября 2015, 09:09

http://www.azertag.net

2401—2410 из 3607

29 января 2016, 09:01

О присвоении почетного звания «Заслуженный работник культуры» деятелям культуры Азербайджанской Республики   подробно...

28 января 2016, 09:01

Об отзыве Э.И.Зейналова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Латвийской Республике   подробно...

28 января 2016, 09:01

О назначении Т.А.Рзаева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Арабской Республике Египет   подробно...

28 января 2016, 09:01

О назначении Э.Дж.Гахраманова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Кувейт   подробно...

28 января 2016, 09:01

Об отзыве И.Ю.Мухтарова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Мексиканских Соединенных Штатах и одновременно в Республике Коста-Рика, Республике Гватемала, Республике Колумбия, Республике Панама, Республике Перу и Республике Гондурас   подробно...

28 января 2016, 09:01

О назначении В.И.Садыгова постоянным представителем Азербайджанской Республики в отделении ООН в городе Женева и при других международных организациях   подробно...

26 января 2016, 09:01

О награждении А.Э.Исрафилова орденом «Шохрат»   подробно...

26 января 2016, 09:01

Об индексации страховой части трудовых пенсий   подробно...

26 января 2016, 09:01

О повышении стипендий, установленных для докторантов, студентов и учащихся высших, средних специальных учебных заведений и учебных заведений начального специального профессионального образования   подробно...

26 января 2016, 09:01

О повышении пособия, выплачиваемого находящимся в частично оплачиваемом социальном отпуске по уходу за ребенком   подробно...