2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndəsinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası səlahiyyətli nümayəndə və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndə:
Mahmudbəyli Ruslan Ağahüseyn oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Zamanov Bağır Nadir oğlu
Orucov Elşən Habil oğlu
İmanov Oruc Həsən oğlu
İbrahimov Mehman Fəhmi oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17 сентября 2015, 09:09
22 июля 2014, 15:07
Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане подробно...
22 июля 2014, 09:07
Энергетический надзор введён в Азербайджане подробно...
22 июля 2014, 09:07
О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
21 июля 2014, 16:07
Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений подробно...
21 июля 2014, 15:07
Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана подробно...
21 июля 2014, 09:07
О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики подробно...
21 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван подробно...
18 июля 2014, 13:07
Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане подробно...
18 июля 2014, 10:07
Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель подробно...
17 июля 2014, 16:07
ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов подробно...