Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1250-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 991; 2011, № 4, maddə 277; 2014, № 2, maddə 114, № 6, maddə 644) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 10.11-ci bənddən “, tətbiq olunmuş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” sözləri çıxarılsın.
2. 10.15-ci bənd aşağıdakı redaksiyada verilsin:
“10.15. antiinhisar (rəqabət) qanunvericiliyini pozan şəxslər maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək və bu qərarın məcburi qaydada icrası üçün onu icra məmurlarına göndərmək;”.
3. 10.16-cı bənd ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2015-ci il.
15 сентября 2015, 09:0918 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...