“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 107, № 10, maddə 1222) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Fərmanın 1 nömrəli əlavəsinə - “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının 15.2-ci (sellülar (mobil) – (texnoloji standartın adı göstərilməklə) bəndi üzrə lisenziyanın verilməsi (qüvvədə olma müddətinin uzadılması) üçün lisenziya verən dövlət orqanı ilə ərizəçi arasında lisenziya müqaviləsi imzalanır.”;
1.2. Fərmanın 2 nömrəli əlavəsinin - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 15.2-ci bəndinə “sellülar (mobil)” sözlərindən sonra “- (texnoloji standartın adı göstərilməklə)” sözləri əlavə edilsin və 15.9-cu bəndi ləğv edilsin;
1.3. Fərmanın 3 nömrəli əlavəsinin - “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısı”nın 8.2-ci bəndinə “sellülar (mobil)” sözlərindən sonra “- (texnoloji standartın adı göstərilməklə)” sözləri əlavə edilsin və 8.7-ci bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. sellülar (mobil) – (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2015-ci il.
11 сентября 2015, 09:09
7 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики Об утверждении состава Коллегии Агентства продовольственной безопасности Азербайджанской Республики подробно...
6 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О присвоении Г.М.Пашаеву почетного звания «Заслуженный деятель науки» подробно...
6 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения оросительной водой посевных площадей в Агдамском районе подробно...
6 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Института литературы имени Низами Гянджеви Национальной Академии Наук Азербайджана «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
6 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Института литературы имени Низами Гянджеви Национальной Академии Наук Азербайджана медалью «Терегги» подробно...
6 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению жилищно-бытовых условий населения в населенных пунктах Агдамского района, расположенных на линии соприкосновения с армянскими вооруженными формированиями подробно...
6 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О строительстве здания новой общеобразовательной школы в селе Биринджи Юзбашылы Агдамского района подробно...
2 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Национальной стратегии по усовершенствованию управления твердыми бытовыми отходами в Азербайджанской Республике на 2018-2022 годы» подробно...
2 ноября 2018, 08:11
Указ Президента Азербайджанской Республики О мерах по защите чистоты азербайджанского языка и дальнейшему совершенствованию использования государственного языка подробно...
1 ноября 2018, 08:11
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Кебирли-Эйвазалылар-Биринджи Ашыглы-Алиназарли Бейляганского района подробно...