Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 489; 2004, № 8, maddə 616; 2005, № 1, maddələr 15, 19; 2006, № 9, maddə 743; 2008, № 7, maddələr 612, 619, № 8, maddə 719; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1213) ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Xidməti silah və onun döyüş sursatı Azərbaycan Respublikasına səfərləri zamanı xarici dövlət və hökumət başçılarını, onların ailə üzvlərini, beynəlxalq təşkilatların rəhbərlərini, habelə xarici dövlətlərin və beynəlxalq təşkilatların vəzifəli şəxslərini müşayiət edən həmin dövlətlərin və təşkilatların mühafizə xidmətlərinin əməkdaşları tərəfindən öz xidməti vəzifələrini icra etmək məqsədi ilə Azərbaycan Respublikasına gətirilə bilər.”.
2. 3-cü hissədə:
2.1. “döyüş sursatının” sözlərindən sonra “(bu Qaydaların 2-ci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş xidməti silah və onun döyüş sursatı istisna olmaqla)” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Bu Qaydaların 2-ci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş xidməti silahın və onun döyüş sursatının Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi müraciətinə əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin verdiyi xüsusi icazə ilə həyata keçirilir. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həmin xüsusi icazələr barədə DİN-ə məlumat verir.”.
3. 5-ci hissənin birinci cümləsinə “döyüş sursatının” sözlərindən sonra “(bu Qaydaların 2-ci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş xidməti silah və onun döyüş sursatı istisna olmaqla)” sözləri əlavə edilsin.
4. 7-ci hissədə “bəndində” sözü “hissəsində” sözü ilə əvəz edilsin.
5. 8.3-cü bəndin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə aşağıdakı məzmunda 8.4-cü bənd əlavə edilsin:
“8.4. silah və onun döyüş sursatı Azərbaycan Respublikasının ərazisinə bu Qaydaların 2-ci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş məqsədlə gətirildikdə.”.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının üç ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2015-ci il.
10 сентября 2015, 09:09
1 ноября 2016, 09:11
О награждении председателя Палаты депутатов Национального Конгресса Федеративной Республики Бразилия Родриго Маи «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
28 октября 2016, 09:10
Об отзыве Э.П.Полухова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Южно-Африканской Республике и одновременно в Республике Ангола, Республике Зимбабве, Республике Мозамбик, Королевстве Свазиленд подробно...
28 октября 2016, 09:10
Об отзыве Л.С.Гяндилова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Китайской Народной Республике и одновременно в Монголии, Корейской Народно-Демократической Республике подробно...
26 октября 2016, 09:10
О награждении Ф.Г.Халилова орденом «Шараф» подробно...
26 октября 2016, 09:10
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında подробно...
24 октября 2016, 10:10
О мерах по капитальному ремонту здания полной средней общеобразовательной школы номер 3 в городе Агстафа подробно...
21 октября 2016, 09:10
Об утверждении «Положения о системе «ASAN Viza» подробно...
21 октября 2016, 09:10
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Газах подробно...
20 октября 2016, 09:10
О награждении азербайджанских энергетиков медалью «Терегги» подробно...
20 октября 2016, 09:10
О награждении М.М.Магеррамова медалью «Терегги» подробно...