2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Rifah Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Sosial Rifah Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Sosial Rifah Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınsınlar:

 

1.1. Səlahiyyətli nümayəndələr:

 

Ağayev Ceyhun Şakir oğlu

Verdixanov Həmid Mirətdin oğlu

Kazımlı Samir Xanhüseyn oğlu

Hüseynova Səadət Səyavuş qızı

 

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

 

Əliyeva Solmaz Əli qızı

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Müavin Natiq Məmmədov

Katib Arifə Muxtarova

Üzvlər Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Akif Qurbanov

Etibar Quliyev

 

9 сентября 2015, 09:09

http://www.azertag.net

2971—2980 из 3607

14 октября 2014, 09:10

О назначении Н.С.Гаджиева главой Исполнительной власти Низаминского района города Гянджа   подробно...

14 октября 2014, 09:10

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом развитии Абшеронского района   подробно...

13 октября 2014, 09:10

Королю Испании Его величеству Фелипе VI   подробно...

10 октября 2014, 10:10

Установлены требования при лицензировании для работы со средствами защиты растений и агрохимическими препаратами   подробно...

9 октября 2014, 15:10

9 человек составят коллегию Министерства энергетики   подробно...

9 октября 2014, 09:10

О назначении А.А.Мамедова главой Исполнительной власти Шамкирского района   подробно...

9 октября 2014, 09:10

О создании промышленных кварталов и организации их деятельности   подробно...

9 октября 2014, 09:10

Об освобождении Н.В.Вейсова от должности главы Исполнительной власти Шамкирского района   подробно...

9 октября 2014, 09:10

О присуждении специальной стипендии молодым талантам   подробно...

8 октября 2014, 09:10

О дополнительных мерах по ускорению социально-экономического развития Абшеронского района   подробно...