2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
Əkbərov Fuad Mübariz oğlu
Səfərov Məmmədəli Talıb oğlu
Əliyev Aydın Niftalı oğlu
Həsənov Yaqub Həsənoviç
Əhmədov Valeh Oruc oğlu
Əzizov Orxan Elçin oğlu
Vəliyeva Aminə Ağamirzə qızı
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Natiq Məmmədov
Katib Arifə Muxtarova
Üzvlər Şaitdin Əliyev
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Bəxşeyiş Əsgərov
Almas Qəhramanlı
Akif Qurbanov
Etibar Quliyev
9 сентября 2015, 09:096 июня 2017, 10:06
О дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
5 июня 2017, 09:06
О предоставлении А.М.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
5 июня 2017, 09:06
О награждении работников водного хозяйства и мелиорации медалью «Терегги» подробно...
5 июня 2017, 09:06
О присвоении работникам водного хозяйства и мелиорации почетного звания «Заслуженный инженер» подробно...
2 июня 2017, 09:06
О назначении К.Дж.Джафарова главой Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
Об освобождении И.И.Мамедова от должности главы Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
О награждении А.М.Велиевой орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О награждении Ф.А. Ализаде орденом «Шараф» подробно...
23 мая 2017, 09:05
О награждении И.С.Гулиева орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О предоставлении Ф.Г.Саттаровой персональной пенсии Президента Азербайджанской Республики подробно...