2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Böyük Quruluş Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Ağamalıyev Ruslan Ənvər oğlu
Quliyev Telman Nüsürət oğlu
Həsənova Leyla İbrahim qızı
Babayev İlqar Faiq oğlu
Əhmədov Natiq Lütvəli oğlu
Mustafayev İlqar Qəzənfər oğlu
İsmayıllı Ləman Ramiz qızı
Tanrıverdiyev Marif Şəmistan oğlu
Əliyev Qardaşəli Balaxan oğlu
Orucov Elman Nəsib oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
Cəbrayılov Xəqani Soltan oğlu
Göyüşov Namiq Ziyadxan oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
3 сентября 2015, 09:0923 июня 2014, 09:06
Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности подробно...
23 июня 2014, 09:06
О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда подробно...
23 июня 2014, 09:06
О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики подробно...
20 июня 2014, 09:06
Об учреждении профессионального праздника «День моряка» подробно...
20 июня 2014, 09:06
О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций подробно...
19 июня 2014, 16:06
Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана подробно...
18 июня 2014, 15:06
В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц подробно...
19 июня 2014, 14:06
Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам подробно...
18 июня 2014, 09:06
Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций подробно...
17 июня 2014, 09:06
О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики подробно...