2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
Müzəffərli Hüseyn Məzəddin oğlu
Əhmədov Mehman Məmməd oğlu
Abbasov Babək Dəyyan oğlu
Abbaszadə İlham Faiq oğlu
Kələntərov Yaşar Rəşid oğlu
Məmmədov Mehdi Qəhrəman oğlu
Orduxanov Qədir Orduxan oğlu
Rzayev Seymur Museyib oğlu
Hüseynov Habil Malik oğlu
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
Məmmədxanov İlqar Əlixan oğlu
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
1 сентября 2015, 10:0920 октября 2017, 09:10
О награждении азербайджанских энергетиков медалью «Терегги» подробно...
20 октября 2017, 09:10
О присвоении почетных званий группе энергетиков Азербайджана подробно...
19 октября 2017, 09:10
О награждении Ш.С.Алиева орденом «За службу Отечетству» 2-й степени подробно...
19 октября 2017, 09:10
О награждении Н.Г.Надирова орденом «За службу Отечеству» 2-й степени подробно...
16 октября 2017, 09:10
О назначении председателей ряда судов первой инстанции подробно...
16 октября 2017, 09:10
О назначении судей ряда судов первой инстанции и изменении должностей судей некоторых судов первой инстанции подробно...
13 октября 2017, 09:10
О предоставлении А.Р.Мамедову персональной пенсии Президента Азербайджанской Республики подробно...
13 октября 2017, 09:10
О назначении П.О.Шахбазова министром энергетики Азербайджанской Республики подробно...
13 октября 2017, 09:10
О награждении работников железнодорожного транспорта Aзербайджана медалью «Терегги» подробно...
13 октября 2017, 09:10
О присвоении почетного звания «Заслуженный инженер» работникам железнодорожного транспорта Азербайджана подробно...