Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası ilə bağlı hazırlanmış hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarını və Fondun maliyyə fəaliyyəti barədə beynəlxalq auditor təşkilatının rəyini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin icrası, gəlirlər 12 731 016,7 min manat, xərclər 10 117 207,4 min manat və ya Fondun 2014-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 109,5 faiz, xərclər üzrə 95,5 faiz səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Sıra N-si |
Göstəricilər |
min manatla |
|||
|
Gəlirlər cəmi: |
12 731 016,7 |
|||
|
o cümlədən: |
|
|||
1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
12 319 846,6 |
|||
2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər |
1 661,1 |
|||
3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
8 910,2 |
|||
4. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) |
13 344,3 |
|||
5. |
Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər |
387 204,8 |
|||
6. |
Digər gəlirlər və daxilolmalar |
49,7 |
|||
|
Xərclər cəmi: |
10 117 207,4 |
|||
|
o cümlədən: |
|
|||
1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
299 998,2 |
|||
2. |
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə transfert |
9 337 000,0 |
|||
3. |
Samur- Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
80 220,9 |
|||
4. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
57 040,3 |
|||
5. |
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramının maliyyələşdirilməsi |
33 493,7 |
|||
6. |
Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
223 538,3 |
|||
7. |
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsi məqsədi ilə təsis edilmiş qapalı səhmdar cəmiyyətinin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi |
39 999,3 |
|||
8. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
45 916,7 |
|||
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2015-ci il.
25 июня 2015, 09:0618 января 2016, 09:01
Об освобождении А.С.Шахмарова от должности начальника Управления приморского бульвара при Кабинете Министров Азербайджанской Республики подробно...
18 января 2016, 09:01
О некоторых вопросах Управления Комплекса Площади государственного флага при Кабинете Министров Азербайджанской Республики и Управления приморского бульвара при Кабинете Министров Азербайджанской Республики подробно...
18 января 2016, 09:01
О назначении О.Г. Шахбазова управляющим делами Президента Азербайджанской Республики подробно...
18 января 2016, 09:01
Об освобождении О.Г.Шахбазова от должности первого заместителя управляющего делами Президента Азербайджанской Республики подробно...
18 января 2016, 09:01
О назначении Р.Н. Гулузаде министром связи и высоких технологий Азербайджанской Республики подробно...
18 января 2016, 09:01
Об освобождении Р.Н.Гулузаде от должности первого заместителя министра связи и высоких технологий Азербайджанской Республики подробно...
18 января 2016, 09:01
Об утверждении Совместной декларации о стратегическом партнерстве между Азербайджанской Республикой и Чешской Республикой подробно...
15 января 2016, 09:01
О создании Национальной комиссии Азербайджанской Республики по Исламской организации по вопросам образования, науки и культуры (ISESCO) подробно...
15 января 2016, 09:01
О награждении Э.Т.Кулиева «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
14 января 2016, 09:01
О награждении З.Б. Гаралова орденом «Шохрат» подробно...