“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,19 iyun 2015-ci il.

22 июня 2015, 09:06

http://www.azertag.net

3491—3500 из 3607

24 февраля 2014, 12:02

Координационная группа по развитию фондового рынка провела очередное заседание   подробно...

24 февраля 2014, 11:02

Государственный таможенный комитет Азербайджана: в январе объём почтовой внешней торговли удвоился   подробно...

21 февраля 2014, 10:02

Министерство экономики и промышленности Азербайджана получило утверждённые положение и структуру   подробно...

20 февраля 2014, 14:02

Разрешение иностранцам на оплачиваемую трудовую деятельность стало бланком строгой отчётности   подробно...

20 февраля 2014, 12:02

Обнуление таможенных пошлин не привело к увеличению импорта бензина Азербайджаном   подробно...

19 февраля 2014, 17:02

О награждении Р.С.Аушева орденом «Достлуг»   подробно...

19 февраля 2014, 15:02

Министерство налогов Азербайджана будет оказывать мобильные услуги налогоплательщикам   подробно...

19 февраля 2014, 15:02

С 3 марта заработает система электронной торговли недвижимостью в Азербайджане   подробно...

19 февраля 2014, 11:02

Азербайджанский инвестиционный саммит «2020 и вокруг: ускоряя экономический рост» состоится в Баку   подробно...

18 февраля 2014, 17:02

Официальные переговоры о дополнительном финансировании модернизации судебной системы Азербайджана состоятся 20 февраля   подробно...