Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1165-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci yarımbəndinə “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 iyun 2015-ci il.
8 июня 2015, 09:066 июня 2017, 10:06
О дополнительных мерах по улучшению обеспечения посевных площадей оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
5 июня 2017, 09:06
О предоставлении А.М.Гаджиеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
5 июня 2017, 09:06
О награждении работников водного хозяйства и мелиорации медалью «Терегги» подробно...
5 июня 2017, 09:06
О присвоении работникам водного хозяйства и мелиорации почетного звания «Заслуженный инженер» подробно...
2 июня 2017, 09:06
О назначении К.Дж.Джафарова главой Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
Об освобождении И.И.Мамедова от должности главы Исполнительной власти Шарурского района Нахчыванской Автономной Республики подробно...
2 июня 2017, 09:06
О награждении А.М.Велиевой орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О награждении Ф.А. Ализаде орденом «Шараф» подробно...
23 мая 2017, 09:05
О награждении И.С.Гулиева орденом «Шохрат» подробно...
23 мая 2017, 09:05
О предоставлении Ф.Г.Саттаровой персональной пенсии Президента Азербайджанской Республики подробно...