Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1139-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 872; 2008, № 3, maddələr 169,186, № 5, maddə 364, № 6, maddələr 483, 504, № 12, maddə 1057; 2009, № 2, maddələr 59, 69, 73, № 5, maddə 321, № 6, maddə 421; 2010, № 2, maddə 80, № 3, maddələr 180, 184, 193, № 6, maddə 494, № 7, maddə 606, № 8, maddələr 716, 725, № 10, maddə 849; 2011, № 6, maddə 512, № 9, maddə 792; 2012, № 3, maddə 200, № 5, maddə 421, № 10, maddə 951, № 11, maddə 1117, № 12, maddə 1238; 2013, № 2, maddə 108, № 4, maddələr 370, 372, 376, № 9, maddələr 1045, 1059, № 12, maddə 1520; 2014, № 4, maddə 363, № 7, maddələr 808, 809, 814, № 9, maddə 1066, № 11, maddələr 1379, 1425, № 12, maddə 1566; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 517 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı hissə aşağıdakı redaksiyada verilsin:

“6. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından:

6.1. Məcəllənin 350-ci, 354.2-ci, 354.3-cü və 355-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Xidmətin rəisi, onun müavinləri, Xidmətin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri, onların müavinləri.”.

2. 11-ci hissə ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 iyun 2015-ci il.

8 июня 2015, 09:06

http://www.azertag.net

2821—2830 из 3607

2 февраля 2015, 09:02

О предоставлении Президентских премий молодежи за 2015 год   подробно...

29 января 2015, 09:01

О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

29 января 2015, 09:01

О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

28 января 2015, 09:01

О назначении М.Х.Мамедова главой Исполнительной власти Уджарского района   подробно...

28 января 2015, 09:01

О назначении Я.Г.Мамедова главой Исполнительной власти Губинского района   подробно...

28 января 2015, 09:01

Об освобождении Я.Г.Мамедова от должности главы Исполнительной власти Уджарского района   подробно...

28 января 2015, 09:01

Об освобождении М.Х.Мамедова от должности главы Исполнительной власти Гейчайского района   подробно...

28 января 2015, 09:01

О назначении М.А.Агаева главой Исполнительной власти Гейчайского района   подробно...

28 января 2015, 09:01

Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Губинского района   подробно...

27 января 2015, 09:01

О награждении орденом «Шохрат» Р.С.Тагиевой   подробно...