Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri iləəlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 62; 2013, № 12, maddə 1498) 4.4-cü maddəsinin ikinci abzasında və 7-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 283-IVQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 63; 2013, № 12, maddə 1499) “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 466; 2014, № 1, maddə 12) 2.1-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

4. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 467, № 12, maddə 1500) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 470, № 12, maddə 1501) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

6. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 471, № 12, maddə 1502) 1.13-cü və 2-ci maddələrində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 624-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 473, № 12, maddə 1503) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 625-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 474, № 12, maddə 1504) 2.2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 475, № 12, maddə 1505) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 476; 2014, № 1, maddə 13) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

11. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 83, № 11, maddə 1364) 8-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2020-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il.

8 июня 2015, 09:06

http://www.azertag.net

901—910 из 3607

30 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Х. Гусейнова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Греческой Республике   подробно...

30 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О предоставлении А.А.Ибрагимову почетной пенсии Президента Азербайджанской Республики   подробно...

30 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Центрального банка Азербайджанской Республики   подробно...

24 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Губа-Гусар (9 км)-Алпан-Кюркюн-Сусай Губинского района   подробно...

23 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О назначении М.Н. Имановой исполнительным директором Фонда развития науки при Президенте Азербайджанской Республики   подробно...

23 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О награждении Н.Г.Джафарова орденом «Шохрат»   подробно...

23 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О награждении М.Ш.Шекилиева орденом «За службу Отечеству» 2-й степени   подробно...

23 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О награждении Х.А.Халафова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

20 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О предоставлении К.М.Керимову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

20 сентября 2019, 08:09

Распоряжение Президента Азербайджанской Республики О присвоении работникам нефтяной промышленности Азербайджанской Республики почетного звания «Заслуженный инженер»   подробно...