“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın təsdiq edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdiril¬məsindən və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələn Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun normativ xarakterli aktlara dair yeni tələbləri (struktur elementləri, dərc və s.) və qüvvədə olan müvafiq hüquqi aktlarla tənzimlənən münasibətlərin daha da mükəmməl nizama salınması zərurəti əsas götürülərək, yeni “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah”ın qəbul edilməsi yolu ilə qüvvədə olan və eyni münasibətləri tənzimləyən akt qüvvədən düşmüş hesab edilməli, qəbul edilən aktın qüvvəyə minməsi və rəsmi dərc edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə müvafiq tədbirlər görülməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah” təsdiq edilsin (əlavə olunur).
2. Bu İzah qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 sentyabr 2010-cu il tarixli 23/97-1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun doldurulması qaydasına dair İzah” qüvvədən düşmüş hesab edilsin.
3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın 1-ci bəndində göstərilmiş İzahın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27 мая 2015, 09:0521 апреля 2014, 16:04
Азербайджан и WBG продолжают переговоры о дополнительных вливаниях в модернизацию судебной системы подробно...
10 апреля 2014, 17:04
Налогооблагаемая база в Азербайджане расширилась на 19034 налогоплательщика подробно...
10 апреля 2014, 14:04
В первом квартале в Азербайджане было собрано 24,8% запланированных на 2014 год налогов подробно...
10 апреля 2014, 09:04
О присвоении почетных званий лицам, имеющим заслуги в социальном и экономическом развитии Нахчыванской Автономной Республики подробно...
10 апреля 2014, 09:04
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социальном и экономическом развитии Нахчыванской Автономной Республики подробно...
9 апреля 2014, 17:04
Назначены директора ряда институтов и организаций Академии наук подробно...
9 апреля 2014, 15:04
Азербайджан проверил соответствие импортируемого мяса стандарту Halal подробно...
9 апреля 2014, 13:04
В Азербайджане будет организована электронная продажа государственных стандартов подробно...
9 апреля 2014, 10:04
Азербайджанским фермерам предоставлены субсидии на 20 млн. манатов подробно...
9 апреля 2014, 09:04
Республиканский центр сейсмологической службы выдвинул кандидатуры членов-корреспондентов Академии наук подробно...