“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1273-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1273-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2015-ci il.
21 мая 2015, 09:0525 июня 2014, 16:06
В Азербайджане утверждены правила аттестации методов единства измерений, связанных с государственным регулированием подробно...
25 июня 2014, 16:06
В Азербайджане утверждены правила учёта и выдачи учётно-контрольных марок при импорте товаров подробно...
25 июня 2014, 15:06
Министр налогов Азербайджана будет лично рассматривать дела сотрудников, не прошедших внутреннюю аттестацию подробно...
25 июня 2014, 09:06
О присвоении почетного звания «Заслуженный инженер» группе работников морского транспорта подробно...
25 июня 2014, 09:06
О награждении медалью «Терегги» группы работников морского транспорта подробно...
24 июня 2014, 11:06
Дисциплинарный устав вводится в азербайджанском университете: запрещён прямой и опосредованный приём подарков и вознаграждений подробно...
24 июня 2014, 11:06
Городские структуры и комплексный каспийский мониторинг попали под аудит Счётной палаты подробно...
24 июня 2014, 09:06
О награждении медалью «Терегги» работников машиностроительной промышленности Азербайджанской Республики подробно...
24 июня 2014, 09:06
О присвоении почетного звания «Заслуженный инженер»работникам машиностроительной промышленности Азербайджанской Республики подробно...
23 июня 2014, 09:06
О дополнительных мерах по улучшению социально-бытовых условий лиц, ставших инвалидами в связи с защитой территориальной целостности, независимости и конституционного строя Азербайджанской Республики, и семей шехидов подробно...