“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.

 

Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”ının struktur elementlərinə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir.

Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2005-cı il 4 iyul tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlərin siyasi partiyalar və siyasi partiyalar bloku tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənd preambula hesab edilsin;

1.2. 2-ci, 3-cü və 4-cü hissələr müvafiq olaraq 1-ci, 2-ci və 3-cü hissələr hesab edilsin, Təlimatın strukturuna daxil olan hissə, bənd və yarımbəndlər nömrələnsin;

1.3. 2.1.5-ci və 3.1.6-cı yarımbəndlərə “təhsili,” sözündən sonra “şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi,” sözləri əlavə edilsin;

 

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr                                    Məzahir Pənahov

Katib                                    Arifə Muxtarova

Katib                                    Mikayıl Rəhimov

18 мая 2015, 09:05

http://www.azertag.net

3211—3220 из 3607

9 июня 2014, 13:06

UNICEF и Азербайджан приняли план на 2014–2015 годы   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по развитию животноводства в Азербайджанской Республике   подробно...

9 июня 2014, 09:06

О дополнительных мерах по строительству автомобильной дороги Хокмали-Гобу-Локбатан-Гюздек-Пута Абшеронского района   подробно...

6 июня 2014, 15:06

ЕС помогает Азербайджану интегрироваться в Европейское пространство высшего образования   подробно...

6 июня 2014, 14:06

Министр образования Азербайджана проведёт тренинги для учителей общеобразовательных школ   подробно...

6 июня 2014, 09:06

О награждении орденом «Истиглал» В.С.Векилова   подробно...

5 июня 2014, 15:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 15:06

О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации   подробно...

5 июня 2014, 09:06

О дополнительной поддержке обеспечению производителей сельскохозяйственной продукции сельскохозяйственной техникой   подробно...

4 июня 2014, 09:06

О награждении орденом «Шохрат» Ш.М.Юсуповой   подробно...