“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 873-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 873-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2014-cü il.
11 февраля 2014, 09:0213 марта 2017, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
13 марта 2017, 09:03
О награждении А.А.Гусейнова орденом «За службу Отечеству» 2-й степени подробно...
10 марта 2017, 10:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.Г.Бабаева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении В.А.Хубанова членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.С. Гулиева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
Об избрании члена комитета Милли Меджлиса Азербайджанской Республики подробно...
7 марта 2017, 09:03
О награждении Л.Е.Рейхрудель орденом «Шохрат» подробно...
7 марта 2017, 09:03
Поздравление азербайджанским женщинам по случаю 8 марта – Международного женского дня подробно...
7 марта 2017, 09:03
О присвоении Т.М.Муталлимову почетного звания «Заслуженный деятель науки» подробно...