“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1079-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 229, № 5, maddə 470; 2014, № 11, maddə 1336) 11-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il.
5 мая 2015, 09:054 апреля 2014, 16:04
О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева подробно...
4 апреля 2014, 15:04
Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря подробно...
4 апреля 2014, 11:04
Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда подробно...
4 апреля 2014, 08:04
О проведении 100-летнего юбилея Барат Шекинской подробно...
4 апреля 2014, 08:04
О награждении орденом «Достлуг» А.С.Дзасохова подробно...
3 апреля 2014, 11:04
Счётная палата готова выступить с ежегодным отчётом подробно...
3 апреля 2014, 10:04
Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну подробно...
3 апреля 2014, 10:04
О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям подробно...
3 апреля 2014, 10:04
Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы» подробно...
3 апреля 2014, 10:04
О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района подробно...