Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 80
Bakı şəhəri, 16 mart 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında
"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1085-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 910 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 137 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 862; 2010, № 11, maddə 1040) ilə təsdiq edilmiş "İnzibati aktın icrasının cərimə vasitəsi ilə təmin edilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci hissənin birinci cümləsində "şərti maliyyə vahidinin üç mislindən" sözləri "dörd manatdan" sözləri ilə, ikinci cümləsində "şərti maliyyə vahidinin qırx mislindən, hüquqi şəxslər isə şərti maliyyə vahidinin üç yüz mislindən" sözləri "qırx dörd manatdan, hüquqi şəxslər isə üç yüz otuz manatdan" sözləri ilə əvəz edilsin.
2. 13-cü hissənin ikinci cümləsində "İnzibati" sözü "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
16 апреля 2015, 09:044 апреля 2014, 16:04
О награждении орденом «Шараф» Ш.Г.Ханбабаева подробно...
4 апреля 2014, 15:04
Введён запрет на любую деятельность в 3 километрах от побережья Каспийского моря подробно...
4 апреля 2014, 11:04
Азербайджан информировал ILO о прогрессе с развитием достойного труда подробно...
4 апреля 2014, 08:04
О проведении 100-летнего юбилея Барат Шекинской подробно...
4 апреля 2014, 08:04
О награждении орденом «Достлуг» А.С.Дзасохова подробно...
3 апреля 2014, 11:04
Счётная палата готова выступить с ежегодным отчётом подробно...
3 апреля 2014, 10:04
Проездной документ для иностранцев и лиц без гражданства введён в Азербайджане для их безвизового въезда в страну подробно...
3 апреля 2014, 10:04
О назначении Э.Д.Сеидова судьей Бакинского суда по тяжким преступлениям подробно...
3 апреля 2014, 10:04
Об утверждении «Национальной стратегии по развитию информационного общества в Азербайджанской Республике на 2014-2020 годы» подробно...
3 апреля 2014, 10:04
О дополнительных мерах по строительству автомобильной дороги Алатемир-Марсан-Тасмалы-Зейем-Лелели Гахского района подробно...