“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1222 IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1222 IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il.
8 апреля 2015, 09:0424 января 2014, 09:01
Азербайджан отказался от ассоциации с ЕС ради более высокого уровня партнёрства – президент Алиев подробно...
24 января 2014, 09:01
Иран и Азербайджан провели переговоры на высшем уровне подробно...
23 января 2014, 16:01
Центральный банк Азербайджана выступил с заявлением в связи с интересом к Bitcoin подробно...
23 января 2014, 09:01
Страхование от несчастных случаев и климатических изменений – предмет переговоров на высшем уровне Азербайджана и Swiss Re подробно...
23 января 2014, 09:01
Президенты Азербайджана и EBRD провели переговоры в Давосе подробно...
22 января 2014, 15:01
В Азербайджане для снижения налоговых долгов будут внесены поправки в Налоговый кодекс подробно...
22 января 2014, 15:01
Молодёжные общественные объединения Азербайджана активно встраиваются в глобальные сети таких учреждений подробно...
22 января 2014, 15:01
Общественные советы с НПО будут созданы при Госкомитете по имущественным вопросам подробно...
22 января 2014, 09:01
Государственный таможенный комитет: в Азербайджане практически нет почтовой внешней торговли подробно...
22 января 2014, 09:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Гейгельского района подробно...