“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1223 IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1223 IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

8 апреля 2015, 09:04

http://www.azertag.net

2581—2590 из 3607

22 октября 2015, 09:10

О награждении медалью «Терегги» сотрудников Организации Объединенных Наций   подробно...

22 октября 2015, 09:10

Об утверждении «Порядка согласования предоставления государственными органами гранта неправительственным организациям с Советом государственной поддержки неправительственных организаций при Президенте Азербайджанской Республики»   подробно...

22 октября 2015, 09:10

О присвоении М.Г.Гулиеву высшего воинского звания генерал-лейтенанта   подробно...

22 октября 2015, 09:10

О награждении сотрудников Конфедерации профессиональных союзов Азербайджана   подробно...

22 октября 2015, 09:10

О присвоении почетных званий сотрудникам Конфедерации профсоюзов Азербайджана   подробно...

21 октября 2015, 09:10

О назначении судей Бакинского и Гянджинского апелляционных судов   подробно...

21 октября 2015, 09:10

О награждении Н.С.Михалкова орденом «Достлуг»   подробно...

21 октября 2015, 09:10

О внесении изменения в «Структуру Министерства национальной безопасности Азербайджанской Республики», утвержденную Указом Президента Азербайджанской Республики от 27 марта 2004 года номер 43   подробно...

21 октября 2015, 09:10

О назначении М.Г.Гулиева первым заместителем министра национальной безопасности Азербайджанской Республики   подробно...

20 октября 2015, 09:10

О награждении энергетиков Азербайджана медалью «Терегги»   подробно...