“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1215-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1215-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 163.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;

3.2. həmin Məcəllənin 164.0.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər sahələrdə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

8 апреля 2015, 09:04

http://www.azertag.net

1621—1630 из 3607

11 января 2018, 09:01

О награждении Ф.А. Бабаева орденом «Шохрат»   подробно...

8 января 2018, 09:01

О мерах по строительству автомобильной дороги Чархы-Галаган-Гаджилар-Ханлыгоба-Саяд-Мамедханлы Хачмазского района   подробно...

29 декабря 2017, 10:12

О дальнейшем усовершенствовании управления в области малого и среднего предпринимательства   подробно...

29 декабря 2017, 10:12

О награждении С. И. Мамедова орденом «Шараф»   подробно...

29 декабря 2017, 10:12

О награждении Ф.Г. Гасымовой орденом «Шохрат»   подробно...

28 декабря 2017, 09:12

О награждении Р.С.Гваладзе «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

26 декабря 2017, 09:12

О повышении минимальной ежемесячной заработной платы   подробно...

22 декабря 2017, 09:12

О награждении лиц, имеющих заслуги в развитии сельского хозяйства в Азербайджанской Республике   подробно...

22 декабря 2017, 09:12

О награждении В.Дж.Джафарова «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

21 декабря 2017, 09:12

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом и культурном развитии города Сумгайыт   подробно...