“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1209-IVQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1209-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2015-ci il.
7 апреля 2015, 09:0422 августа 2016, 09:08
О мерах по строительству автомобильной дороги Газах-Косалар Газахского района подробно...
19 августа 2016, 09:08
О восстановлении моста над рекой Заямчай, соединяющего Шамкирский и Товузский районы подробно...
18 августа 2016, 09:08
О восстановлении моста над рекой Киш на территории Шекинского района подробно...
17 августа 2016, 09:08
О присвоении С.С.Эйвазову почетного звания «Заслуженный учитель» подробно...
17 августа 2016, 09:08
О присвоении Ф.Б.Аллахвердиеву почетного звания «Заслуженный врач» подробно...
17 августа 2016, 09:08
О награждении военнослужащих и работников Государственной пограничной службы Азербайджанской Республики подробно...
17 августа 2016, 09:08
О присвоении высших воинских званий военнослужащим Государственной пограничной службы Азербайджанской Республики подробно...
12 августа 2016, 10:08
О мерах по капитальному ремонту многоквартирных зданий в городе Исмаиллы подробно...
12 августа 2016, 10:08
О мерах по капитальному ремонту автомобильных дорог в городе Габала подробно...
10 августа 2016, 09:08
ДЕКЛАРАЦИЯ Президентов Азербайджанской Республики, Исламской Республики Иран и Российской Федерации подробно...