“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1226IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1226‑IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

6 апреля 2015, 09:04

http://www.azertag.net

1421—1430 из 3607

16 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству новой автомобильной дороги на территории города Баку   подробно...

14 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О награждении Э.И.Эфендиева орденом «Шохрат»   подробно...

14 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ф.Ш.Алиевой от должности ректора Азербайджанского университета культуры и искусства   подробно...

14 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О назначении Ф.Ш.Алиевой заведующей отделом по вопросам гуманитарной политики Администрации Президента Азербайджанской Республики   подробно...

14 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Г.Ш.Садыгову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

14 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Мехдиабад-Пиршаги   подробно...

14 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Ч.Наджафа заведующим отделом по вопросам инновативного развития и электронного правительства Администрации Президента Азербайджанской Республики   подробно...

11 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Национального плана действий по ранней профилактике и лечению инвалидности в детском возрасте на 2018-2020 годы»   подробно...

10 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении деятелям искусства премий Президента Азербайджанской Республики   подробно...

10 мая 2018, 08:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении деятелям культуры Азербайджана персональных пенсий Президента Азербайджанской Республики   подробно...