“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470; 2004, № 2, maddə 57, № 7, maddə 505, № 11, maddə 902; 2007, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 11, maddə 1045) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddənin ikinci hissəsində “idman və həvəskar balıq ovu” sözləri “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilsin.
2. 13-cü maddənin birinci hissəsinin üçüncü abzasında “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin.
3. 16-cı maddə üzrə:
3.1. adında “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
3.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Su hövzələrində balıq və digər su bioresurslarından istifadə balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura məqsədi ilə həyata keçirilir.”;
3.3. ikinci hissədə “Balıq ehtiyatlarından” sözləri “Balıq və digər su bioresurslarından” sözləri ilə, “vətəgə əhəmiyyətli su obyektlərində balıqçılığın təşkili, balıqların ovlanması” sözləri “balıqçılığın, o cümlədən akvakulturanın təşkili, balıq və digər su bioresursları ovunun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2015-ci il.
6 апреля 2015, 09:047 мая 2014, 16:05
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66% подробно...
7 мая 2014, 11:05
В Азербайджане впервые будут созданы летние школы для учащихся подробно...
7 мая 2014, 11:05
В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон подробно...
7 мая 2014, 10:05
Издан «Русско-азербайджанский толковый юридический словарь» подробно...
6 мая 2014, 16:05
Министерство образования проведёт диагностику в бакинских школах подробно...
6 мая 2014, 14:05
Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано подробно...
6 мая 2014, 12:05
Вводятся особые стандарты качества интернета подробно...
6 мая 2014, 11:05
Изменено положение МЧС Азербайджана подробно...
6 мая 2014, 09:05
О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора подробно...
6 мая 2014, 09:05
О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...