“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1229-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1229-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2015-ci il.

6 апреля 2015, 09:04

http://www.azertag.net

3341—3350 из 3607

21 апреля 2014, 16:04

Азербайджан и WBG продолжают переговоры о дополнительных вливаниях в модернизацию судебной системы   подробно...

10 апреля 2014, 17:04

Налогооблагаемая база в Азербайджане расширилась на 19034 налогоплательщика   подробно...

10 апреля 2014, 14:04

В первом квартале в Азербайджане было собрано 24,8% запланированных на 2014 год налогов   подробно...

10 апреля 2014, 09:04

О присвоении почетных званий лицам, имеющим заслуги в социальном и экономическом развитии Нахчыванской Автономной Республики   подробно...

10 апреля 2014, 09:04

О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социальном и экономическом развитии Нахчыванской Автономной Республики   подробно...

9 апреля 2014, 17:04

Назначены директора ряда институтов и организаций Академии наук   подробно...

9 апреля 2014, 15:04

Азербайджан проверил соответствие импортируемого мяса стандарту Halal   подробно...

9 апреля 2014, 13:04

В Азербайджане будет организована электронная продажа государственных стандартов   подробно...

9 апреля 2014, 10:04

Азербайджанским фермерам предоставлены субсидии на 20 млн. манатов   подробно...

9 апреля 2014, 09:04

Республиканский центр сейсмологической службы выдвинул кандидатуры членов-корреспондентов Академии наук   подробно...