Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1077-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, № 8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 1027, № 10, maddə 1222) ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə aşağıdakı məzmunda 60-cı hissə əlavə edilsin:
60. |
Fərdi ovçuluq təsərrüfatlarının təşkili |
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
1100
|
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. fərdi ovçuluq təsərrüfatlarının təşkilinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il.
19 марта 2015, 09:0314 апреля 2015, 09:04
О дополнительных мерах по ускорению социально-экономического развития Астаринского района подробно...
10 апреля 2015, 09:04
О присвоении почетных званий работникам строительства подробно...
10 апреля 2015, 09:04
О награждении медалью «Терегги» работников строительства подробно...
10 апреля 2015, 09:04
О назначении Э.С.Рустамова председателем Центрального банка Азербайджанской Республики подробно...
10 апреля 2015, 09:04
О дополнительных мерах по завершению реставрационной, созидательной работы и работы по благоустройству и реконструкции дорожной инфраструктуры в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника подробно...
9 апреля 2015, 09:04
Об определении нового состава Комиссии по Премии Гейдара Алиева Азербайджанской Республики подробно...
9 апреля 2015, 09:04
О награждении Мамедбагира Джавад оглы Алиева "Почетным дипломом Президента Азербайджанской Республики" подробно...
7 апреля 2015, 09:04
ПЛАН МЕРОПРИЯТИЙ,связанный с объявлением 2015 года в Азербайджанской Республике «Годом сельского хозяйства» подробно...
6 апреля 2015, 09:04
О назначении Э.Г.Набиева судьей Бакинского апелляционного суда подробно...
6 апреля 2015, 09:04
О предоставлении единовременной материальной помощи участникам Великой Отечественной войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу подробно...