“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinə uyğun olaraq, elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin həyata keçirilməsini bir ay müddətində təmin etsinlər.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

4.1.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsində nəzərdə tutulmuş qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi qaydasını, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələbləri bir ay müddətində müəyyən etsin;

4.2.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında yaranmış hüquqlara dair məlumatların 2015-ci il iyul ayının 1-dək daşınmaz əmlakın dövlət reyestrinin elektron məlumat bazasına daxil edilməsini başa çatdırsın və bu barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın ki, bu Fərmanın 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə torpaq sahələri üzərində əvvəl yaranmış hüquqlara dair sənədlərin və məlumatların 6 (altı) ay müddətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına tapşırılsın ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin və məlumatların elektron formada verilməsinə görə ixtisaslaşdırılmış hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin tariflərini müəyyən etsin.

7. Müəyyən edilsin ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621; 2005, № 2, maddə 64, № 8, maddə 718; 2006, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2010, № 4, maddə 287, № 7, maddə 610; 2011, № 11, maddə 998; 2013, № 9, maddə 1052, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 42 nömrəli Fərmanı) aşağıdakı məzmunda 4.2.6-cı yarımbənd əlavə edilsin:

“4.2.6. 5.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2014-cü il.

5 февраля 2014, 09:02

http://www.azertag.net

2771—2780 из 3607

12 марта 2015, 09:03

О присвоении Д.Г.Гурбанову почетного звания «Заслуженный артист»   подробно...

12 марта 2015, 09:03

О присвоении Ш.И.Мамедову воинского звания генерал-лейтенанта   подробно...

12 марта 2015, 09:03

О награждении орденом «Шараф» Э.Р.Ибрагимова   подробно...

12 марта 2015, 09:03

О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики   подробно...

12 марта 2015, 09:03

О внесении изменения в Миграционный кодекс Азербайджанской Республики   подробно...

12 марта 2015, 09:03

О применении Закона Азербайджанской Республики «О внесении изменения в Миграционный кодекс Азербайджанской Республики» от 24 февраля 2015 года номер 1207- IVQD   подробно...

11 марта 2015, 09:03

О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О дополнительных мерах, связанных с Национальной Комиссией Азербайджанской Республики по ЮНЕСКО» от 15 сентября 2005 года номер 1006   подробно...

10 марта 2015, 09:03

ПОСТАНОВЛЕНИЕ Милли Меджлиса Азербайджанской Республики о внесение изменений в Постановление Милли Меджлиса Азербайджанской Республики «Об избрании руководителей рабочих групп Милли Меджлиса Азербайджанской Республики по межпарламентским связям»   подробно...

6 марта 2015, 09:03

О награждении медалью «Терегги» группы женщин Азербайджана   подробно...

6 марта 2015, 09:03

О присвоении почетных званий группе женщин Азербайджана   подробно...