“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 877-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 877-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.
5 февраля 2014, 09:0214 июля 2021, 14:07
Распоряжение Президента Азербайджанской Республики О награждении Р.С.Ягубова орденом «Шохрат» подробно...
13 июля 2021, 09:07
Распоряжение Президента Азербайджанской Республики О награждении Э.Б.Байрамова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
13 июля 2021, 09:07
Распоряжение Президента Азербайджанской Республики О составе делегации, которая будет представлять Азербайджанскую Республику на презентации шестого периодического доклада Правительства Азербайджанской Республики на 80-й сессии Комитета по ликвидации дискриминации в отношении женщин Организации Объединенных Наций подробно...
13 июля 2021, 09:07
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в связи с продолжением работ по реконструкции автомобильных дорог на территории Насиминского района города Баку подробно...
9 июля 2021, 15:07
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по продолжению работ по реконструкции автомобильных дорог на территории Хатаинского района города Баку подробно...
8 июля 2021, 15:07
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане подробно...
7 июля 2021, 16:07
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Шамкирском и Товузском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде подробно...
5 июля 2021, 15:07
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильных дорог, соединяющих магистраль Сальян-Нефтчала Сальянского района с селами Кюр Гарагашлы, Бешталы, Джанган, Ходжалы и Арабгардашбейли подробно...
2 июля 2021, 16:07
Распоряжение Президента Азербайджанской Республики О присвоении высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики подробно...
2 июля 2021, 16:07
Распоряжение Президента Азербайджанской Республики О награждении группы сотрудников Министерства внутренних дел Азербайджанской Республики подробно...