Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 57
Bakı şəhəri, 5 mart 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda dəyişikliklər edilməsi barədə
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 976; 2014, № 4, maddə 446) ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "Bakalavriat səviyyəsi üzrə" bölməsinə "XTB050107 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTB050108 İnformasiya-təhlil fəaliyyəti" sətri, "Magis-tratura səviyyəsi üzrə" bölməsinə "XTM060008 Xüsusi təyinatlı texnika və sistemlər" sətrindən sonra "XTM060009 İnformasiya-təhlil fəaliyyəti" sətri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
11 марта 2015, 09:032 февраля 2015, 09:02
О предоставлении Президентских премий молодежи за 2015 год подробно...
29 января 2015, 09:01
О награждении сотрудников Государственного таможенного комитета Азербайджанской Республики подробно...
29 января 2015, 09:01
О присвоении высших специальных званий сотрудникам Государственного таможенного комитета Азербайджанской Республики подробно...
28 января 2015, 09:01
О назначении М.Х.Мамедова главой Исполнительной власти Уджарского района подробно...
28 января 2015, 09:01
О назначении Я.Г.Мамедова главой Исполнительной власти Губинского района подробно...
28 января 2015, 09:01
Об освобождении Я.Г.Мамедова от должности главы Исполнительной власти Уджарского района подробно...
28 января 2015, 09:01
Об освобождении М.Х.Мамедова от должности главы Исполнительной власти Гейчайского района подробно...
28 января 2015, 09:01
О назначении М.А.Агаева главой Исполнительной власти Гейчайского района подробно...
28 января 2015, 09:01
Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Губинского района подробно...
27 января 2015, 09:01
О награждении орденом «Шохрат» Р.С.Тагиевой подробно...