“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 879-IVQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 879-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2014-cü il.

5 февраля 2014, 09:02

http://www.azertag.net

3171—3180 из 3607

30 июня 2014, 09:06

О присвоении Р.К.Теймурову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

30 июня 2014, 09:06

О назначении А.Ф.Салманова почетным консулом Азербайджанской Республики в городе Харьков Украины   подробно...

27 июня 2014, 16:06

Азербайджан откроет посольство в Алжире   подробно...

27 июня 2014, 16:06

Назначен новый заместитель министра сельского хозяйства Азербайджана   подробно...

27 июня 2014, 09:06

О награждении военнослужащих и гражданских работников Вооруженных сил Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О награждении государственных служащих   подробно...

27 июня 2014, 09:06

О проведении 90-летнего юбилея Наби Хазри   подробно...

27 июня 2014, 09:06

О присвоении почетных званий военнослужащим и гражданским работникам Вооруженных сил Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О предоставлении Н.Ш.Сеидзаде персональной пенсии Президента Азербайджанской Республики   подробно...

27 июня 2014, 09:06

О присвоении высших воинских званий военнослужащим Вооруженных сил Азербайджанской Республики   подробно...