Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
1. 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 mart 2015-ci il.
3 марта 2015, 09:0324 июня 2016, 09:06
Об освобождении А.А.Гаджиева от должности ректора Бакинского славянского университета подробно...
24 июня 2016, 09:06
О назначении Н.М. Алиевой ректором Бакинского славянского университета подробно...
24 июня 2016, 09:06
Об освобождении Дж.М.Джафарова от должности ректора Азербайджанского университета туризма и менеджмента подробно...
24 июня 2016, 09:06
О назначении Дж.М.Джафарова ректором Азербайджанского государственного педагогического университета подробно...
24 июня 2016, 09:06
О награждении А.М.Гасымова орденом «За заслуги перед Родиной» 3-й степени подробно...
23 июня 2016, 09:06
О награждении государственных служащих подробно...
23 июня 2016, 09:06
О присвоении Н.Г.Азизову почетного звания «Заслуженный государственный служащий» подробно...
23 июня 2016, 09:06
О некоторых вопросах ипотечного кредитования в Азербайджанской Республике подробно...
22 июня 2016, 09:06
О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
20 июня 2016, 09:06
О присвоении сотрудникам Азербайджанского университета архитектуры и строительства почетного звания «Заслуженный учитель» подробно...