“Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 882-IVQ nömrəli Qanununun tətbiqi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 882-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 fevral 2014-cü il.

 

5 февраля 2014, 09:02

http://www.azertag.net

2571—2580 из 3607

30 октября 2015, 09:10

О присвоении почетных званий работникам сельского хозяйства   подробно...

30 октября 2015, 09:10

О награждении работников сельского хозяйства   подробно...

29 октября 2015, 09:10

О награждении С.С.Мехбалыева «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

28 октября 2015, 09:10

Об утверждении состава азербайджано-вьетнамской межправительственной комиссии по экономическому, торговому, научному и техническому сотрудничеству со стороны Азербайджанской Республики   подробно...

28 октября 2015, 09:10

О назначении З.Р.Алиева директором Государственного агентства по обязательному медицинскому страхованию при Кабинете Министров Азербайджанской Республики   подробно...

28 октября 2015, 09:10

О создании дома-музея Бахтияра Вагабзаде в городе Шеки и установлении мемориальной доски на здании, где он жил   подробно...

27 октября 2015, 09:10

О награждении работников химической промышленности   подробно...

27 октября 2015, 09:10

О назначении судей ряда судов первой инстанции и председателя Агстафинского районного суда   подробно...

27 октября 2015, 09:10

О предоставлении Ю.В.Ермакову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

23 октября 2015, 09:10

О мерах по ликвидации ущерба, причиненного в результате дождей, выпавших на территории города Лянкяран, и осуществлению ремонтно-восстановительных работ в многоквартирных зданиях   подробно...