"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 24
Bakı şəhəri, 2 fevral 2015-ci il
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.2-ci və 1.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 582; 2007, № 11, maddə 1177; 2008, № 2, maddə 132; 2009, № 8, maddə 677; 2012, № 11, maddə 1197; 2014, № 5, maddə 549; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 oktyabr tarixli 322 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissəyə "yerli əhəmiyyətli avtomobil yolları," sözlərindən sonra "şəhər avtomobil yolları," sözləri əlavə edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri" üzrə:
2.1. "Ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəriciləri" bölməsi üzrə:
2.1.1. 4-cü hissədə "və yerli əhəmiyyətli" sözləri ", yerli əhəmiyyətli və şəhər" sözləri ilə əvəz edilsin;
2.1.2. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
"6. Ödənişli avtomobil yolları.";
2.2. "Müdafiə təyinatlı yollara aid edilən respublika, yerli və sahə avtomobil yollarının təsnifat göstəriciləri" bölməsi üzrə:
2.2.1. adına "yerli" sözündən sonra ", şəhər" sözü əlavə edilsin;
2.2.2. birinci hissədə "və yerli əhəmiyyətli," sözləri ", yerli əhəmiyyətli, şəhər və" sözləri ilə əvəz edilsin;
2.3. "Dövlət avtomobil yollarının təsnifat göstəriciləri" bölməsinin 2-ci hissəsində "və yerli əhəmiyyətli" sözləri ", yerli əhəmiyyətli və şəhər" sözləri ilə əvəz edilsin;
2.4. "Bələdiyyə avtomobil yollarının təsnifat göstəriciləri" bölməsi üzrə:
2.4.1. 1-ci hissəyə "sahə" sözündən əvvəl "şəhər," sözü əlavə edilsin;
2.4.2. 2-ci hissədə "Şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində" sözləri "Şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində" sözləri ilə əvəz edilsin;
2.5. aşağıdakı məzmunda doqquzuncu bölmə əlavə edilsin:
"Şəhər avtomobil yollarının təsnifat göstəriciləri
1. Şəhərin küçə-yol şəbəkəsinin tərkib hissəsi olan, ayrı-ayrı funksional zonaları arasında, bu zonaların daxilində və (və ya) şəhərin digər ərazilərində yük və sərnişin daşımalarını təmin edən avtomobil yolları.
2. Şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur.
3. Azərbaycan Respublikasında şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə aşağıdakı kimi təsnif edilir:
3.1. magistral avtomobil yolları;
3.2. ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar;
3.3. rayon əhəmiyyətli prospekt, küçə və yollar;
3.4. qəsəbə və kəndlər arası yollar;
3.5. qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla).
4. Magistral avtomobil yolları - şəhərin rayonlarını, eləcə də hava və dəniz limanlarını, dəmiryol stansiyalarını, qoruq və istirahət zonalarını birləşdirən və nəqliyyatın yüksəksürətli hərəkətini küçə və yol kəsişmələrində tikilən müxtəlifsəviyyəli yol qovşaqları vasitəsilə təmin edən avtomobil yollarıdır.
5. Ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar - şəhərin sərhədləri daxilində yaşayış, sənaye rayonları və ictimai mərkəzlər arasında, eləcə də şəhər ərazisindəki sürətli hərəkət yolları ilə digər prospekt və küçələr arasında yolları birləşdirən və müxtəlifsəviyyəli yol qovşaqları, həmçinin digər küçələrlə kəsişmələrdə tikilmiş eyni səviyyəli yol qovşaqları vasitəsilə nəqliyyatın hərəkətini təmin edən avtomobil yollarıdır.
6. Rayon əhəmiyyətli prospekt, küçə və yollar - rayonun daxilində yerləşən və ümumşəhər əhəmiyyətli prospekt və küçələrlə nəqliyyatın əlaqəsini təmin edən avtomobil yollarıdır. Digər küçələrlə kəsişmələri əsasən bir səviyyədə olur.
7. Qəsəbə və kəndlər arası yollar - ümumşəhər və rayon əhəmiyyətli prospekt, küçə və yollar ilə qəsəbə və kənd yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrini təmin edən yollardır.
8. Qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla) - qəsəbə və kəndlər, mikrorayon və digər yaşayış zonaları daxilində, ictimai mərkəzlər, idarə və müəssisələr, xidmət müəssisələri arasında nəqliyyat və piyada hərəkətini təmin edən yollar.".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
19 февраля 2015, 09:0225 января 2023, 08:01
Указ Президента Азербайджанской Республики Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации о сотрудничестве и взаимодействии в целях согласованного развития пунктов пропуска через государственную границу между Азербайджанской Республикой и Российской Федерацией и транспортных подходов к ним» подробно...
24 января 2023, 10:01
Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по приведению национальной системы стандартизации в соответствие с международными требованиями на 2023-2025 годы» подробно...
13 января 2023, 14:01
Указ Президента Азербайджанской Республики О повышении размера социальных пособий и внесении изменений в Указ Президента Азербайджанской Республики «О повышении размера социальных пособий» от 29 августа 2013 года номер 973 подробно...
13 января 2023, 14:01
Распоряжение Президента Азербайджанской Республики О повышении размера пенсии Президента Азербайджанской Республики участникам Великой Отечественной войны 1941-1945 годов, лицам, работавшим во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденным медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда», и внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «Об учреждении пенсии Президента Азербайджанской Республики для участников Великой Отечественной войны 1941-1945 годов, лиц, работавших во время блокады города Ленинград в период Второй мировой войны на предприятиях, в учреждениях и организациях города и награжденных медалью «За оборону Ленинграда», нагрудным знаком «Житель блокадного Ленинграда» от 2 июля 2012 года номер 2320 подробно...
13 января 2023, 08:01
Распоряжение Президента Азербайджанской Республики О назначении судей ряда судов первой инстанции подробно...
11 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Мамедова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Израиль подробно...
5 января 2023, 15:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению социального благосостояния населения подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении чрезвычайного и полномочного посла Азербайджанской Республики в Королевстве Нидерландов Р.С.Мустафаева одновременно постоянным представителем Азербайджанской Республики в Организации по запрещению химического оружия с резиденцией в городе Гаага подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Алиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Государстве Катар подробно...
28 декабря 2022, 15:12
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Р.Ф.Исмаилова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Государстве Катар подробно...