“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 415; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 235, 237, № 12, maddə 706; 2004, № 4, maddə 202, № 6, maddə 396, № 10, maddələr 761, 779; 2007, № 5, maddə 442, № 10, maddə 938; 2008, № 8, maddə 695; 2009, № 6, maddə 398; 2014, № 10, maddə 1169) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddənin birinci hissəsinin 11-ci bəndində “yanğına qarşı sığortalanmasından və” sözləri “bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada yanğından sığortalamadan, habelə” sözləri ilə əvəz edilsin.
2. 23-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir.
Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.”.
3. 32-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar” sözləri “müvafiq olaraq “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığorta edilirlər” sözləri ilə əvəz edilsin.
4. 36-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2015-ci il.
17 февраля 2015, 09:0228 ноября 2014, 09:11
О предоставлении финансовой помощи религиозным общинам в Азербайджане подробно...
28 ноября 2014, 09:11
Президенту Исламской Республики Мавритания Его превосходительству господину Мохаммеду ульд Абдель Азизу подробно...
28 ноября 2014, 09:11
Президенту Республики Албания Его превосходительству господину Буяру Нишани подробно...
27 ноября 2014, 09:11
Об утверждении «Правил осуществления государственного градостроительного контроля» подробно...
27 ноября 2014, 09:11
Участникам международной конференции на тему «Индустриализация в XXI веке: основные тренды, современный подход и опыт в промышленной политике» подробно...
25 ноября 2014, 09:11
Председателю Президиума Боснии и Герцеговины Его превосходительству господину Младену Иваничу подробно...
24 ноября 2014, 09:11
О предоставлении Ф.М.Сулейманову почетного звания «Заслуженный инженер» подробно...
24 ноября 2014, 09:11
О награждении медалью «Терегги» работников Гянджинского автомобильного завода подробно...
24 ноября 2014, 09:11
Новоизбранному Президенту Румынии Его превосходительству господину Клаусу Йоханнису подробно...
24 ноября 2014, 09:11
О дополнительных мерах в области совершенствования работы по выдаче виз подробно...