Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, №11, maddə 995; 2013, № 9, maddə 1048; 2014, № 9, maddə 1060, № 10, maddə 1177) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“7.6. Azərbaycan Respublikasının vətəndaşlığı məsələləri;”.
2. Aşağıdakı məzmunda 7.6-1-ci, 10.8-1-ci, 10.8-2-ci bəndlər və 13.1.17-1-ci, 13.2.8-ci yarımbəndlər əlavə edilsin:
“7.6-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair məlumatlar;”;
“10.8-1. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilən şəxslər haqqında məlumatların Sistemə daxil edilməsi;
10.8-2. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatların Sistemə daxil edilməsi;”;
“13.1.17-1. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşları haqqında;”;
“13.2.8. digər dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları haqqında;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2015-ci il.
12 февраля 2015, 09:027 мая 2014, 16:05
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66% подробно...
7 мая 2014, 11:05
В Азербайджане впервые будут созданы летние школы для учащихся подробно...
7 мая 2014, 11:05
В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон подробно...
7 мая 2014, 10:05
Издан «Русско-азербайджанский толковый юридический словарь» подробно...
6 мая 2014, 16:05
Министерство образования проведёт диагностику в бакинских школах подробно...
6 мая 2014, 14:05
Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано подробно...
6 мая 2014, 12:05
Вводятся особые стандарты качества интернета подробно...
6 мая 2014, 11:05
Изменено положение МЧС Азербайджана подробно...
6 мая 2014, 09:05
О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора подробно...
6 мая 2014, 09:05
О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...