Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 9.18-1-ci bənd əlavə edilsin:
“9.18-1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2015-ci il.
12 февраля 2015, 09:0218 февраля 2014, 10:02
Промышленное производство в Азербайджане в январе рухнуло на 4% год к году подробно...
18 февраля 2014, 09:02
90-летие народного артиста Т.Ахмедова отметят на государственном уровне подробно...
18 февраля 2014, 09:02
Распоряжение Президента Азербайджанской Республики подробно...
17 февраля 2014, 12:02
Министр туризма Азербайджана озадачил участников рынка подробно...
17 февраля 2014, 09:02
Об утверждении «Концепции культуры Азербайджанской Республики» подробно...
17 февраля 2014, 09:02
О награждении орденом «Истиглал» А.М.Пашаева подробно...
17 февраля 2014, 09:02
О назначении С.Д.Джафарова председателем Закрытого акционерного общества «Азербайджанский комплекс по производству стали» подробно...
14 февраля 2014, 15:02
ЦБ Азербайджана: активизация кредитования реального сектора может потребовать законодательных поправок подробно...
14 февраля 2014, 10:02
«Справедливость к Ходжалы» получила государственное финансирование подробно...
14 февраля 2014, 09:02
О 100-летнем юбилее Лютфали Абдуллаева подробно...